Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Çərşənbə axşamı, 21 iyul tarixində İslam İnqilabı Keşikçiləri Korpusu 38 və 39 nömrəli açıqlamalarda "Nəsr 2" əməliyyatının 24-cü dalğasının davam etdirilməsinin yeni təfərrüatlarını dərc etdi.
Dünən Darxoin şəhərində tikilməkdə olan mülki obyektlərə qarşı ABŞ ordusunun təcavüzü kimi təsvir edilən hadisəyə cavab olaraq, İİKK-nın Aerokosmik Qüvvələri Bəhreyndə Amerika şirkətinin Amazon mərkəzi məlumat infrastrukturunu bir neçə qanadlı raketlə hədəfə alaraq məhv etdi.
İİKK açıqlamasında həmçinin ərazinin radarlar və müdafiə sistemlərindən təmizlənməsi əməliyyatının davamında, daha geniş raket və dron hücumlarına yol açmaq məqsədilə İordaniyadakı ABŞ bazasındakı raketdən müdafiə radar sisteminin məhv edildiyini və bazanın sığınacağının içərisində bir F-15 qırıcı təyyarəsinin məhv edildiyini açıqladı.
Açıqlamada ABŞ ordusunun daha çox itki verməməsi üçün ərazini tərk etməli olduğu vurğulandı. İİKK həmçinin bu əməliyyatla bağlı əlavə hesabatın daha sonra dərc olunacağını da açıqladı.
Sizin rəyiniz