Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Məhəmməd Müzəffəri şənbə gecəsi İRNA-ya açıqlamasında deyib: İndiyədək Xark adasının sakinlərinin təxliyəsi ilə bağlı nə bir müraciət olub, nə də hər hansı göstəriş verilib. Yerli sakinlər neft sənayesinin əməkdaşları ilə yanaşı, gündəlik həyatlarını davam etdirirlər.
O əlavə edib: Hazırda Xark adası ilə materik əraziləri arasında, Fars körfəzində İranın ərazi suları daxilində dəniz nəqliyyatı 24 saat ərzində adi qaydada həyata keçirilir.
Buşehr valisi vurğulayıb: Bu istiqamətdə dövlət qurumlarının xidmətləri davam edir və əhalinin gündəlik ehtiyaclarının təmin olunmasında, eləcə də xidmətlərin göstərilməsində heç bir probleb yaranmayıb.
Sizin rəyiniz