19 iyul 2026 - 15:41
Source: IRNA
İslam İnqilabı Keşikçiləri Korpusu-SEPAH: ABŞ döyüş təyyarələrinin mövqeyi məhv edildi

İİKK bəyanatında ABŞ donanmasının yanacaq dəstək körpüsünün, düşmən döyüş təyyarələrinin mövqeyi, düşmən kəşfiyyat məlumat mərkəzinin və ABŞ siqnal və rabitə mərkəzinin məhv edildiyini açıqladı.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabı Keşikçiləri Korpusu 18 iyul, şənbə günü 28 nömrəli bəyanatında elan etdi: “İİKK Hərbi Dəniz Qüvvələrinin qeyrətli dənizçiləri böyük millətin küçələrdəki möhtəşəm varlığının davamı olaraq, döyüş meydanını cinayətkar düşmənin acizliyini nümayiş etdirmək üçün bir səhnəyə çevirdilər.

Dünən gecə uşaq qatili ABŞ ordusunun təcavüzlərinə cavab olaraq, "Nəsr 2" əməliyyatının 19-cu dalğasında Hörmüz boğazına güclü nəzarət etməklə yanaşı, Küveytin Bəndər əl-Əhmədi şəhərindəki ABŞ donanmasının yanacaq dəstək körpüsünü və Bəhreynin Şeyx İsa bazasındakı düşmən döyüş təyyarələrinin toplaşma yerini dron və raket zərbələri ilə hədəfə aldılar və Bəhreyndə Batelco adlı düşmən kəşfiyyat məlumat mərkəzini məhv etdilər.”

SEPAH həmçinin vurğuladı: "Dəniz Qüvvələri döyüşçüləri həmçinin Küveytdəki ABŞ siqnal və rabitə mərkəzini məhv etdilər. Qələbə yalnız Qüdrətli və Müdrik Allahdandır."

Sizin rəyiniz

You are replying to: .
captcha