İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin İraq xalqına ünvanladığı təşəkkür mesajının tam mətni belədir:
Bismillahir-Rəhmanir-Rəhim
Məzlum İraq torpağının möhtərəm təqlid mərcələrinə, əziz alimlərinə, elmi hövzələrin və universitetlərin müəllimlərinə və fəzilət sahiblərinə, dəyərli mütəfəkkirlərə və ziyalılara, əmir və qəbilə başçılarına, tayfa ağsaqqallarına və müxtəlif icmaların rəhbərlərinə, böyük, mehriban və dəyərli xalqına, qeyrətli və şərəfli gənclərinə salam, ehtiram, təzim və sonsuz təşəkkürlərimizi çatdırırıq.
Əhli-Beytin (Allahın salamı və salavatı onlara olsun) müqəddəs ziyarətgahlarda qonşuluğu və xidmətçisi olmaq kimi böyük nemətdən bəhrələnən mömin İraq xalqı; parlaq mədəni keçmişi, qədim və nurani Nəcəf Əşrəf elmi hövzəsi kimi mənəvi və hidayətverici dayağa sahib olması, eləcə də müqavimət cəbhəsindəki mücahid fəaliyyəti ilə seçilən bu xalq, uca məqamlı şəhid Rəhbəri (Allah onun müqəddəs məqamını ucaltsın) qarşılamaqla İran xalqı kimi böyük, mənalı və dərin hüzn, yanğı və eşqlə dolu bir dastan yaratdı.
İraq, mövlamız Əmirəl-möminin Əlinin (Allahın salamı və salavatı ona olsun) mübarək ayağının onun torpağına dəydiyi gündən bərəkətli bir diyar oldu və çox keçmədən onun insanları böyük fəxrlə həmin Həzrətin və onun pak övladlarının (Allahın salamı və salavatı onların hamısına olsun) məhəbbət və vilayət boyunbağını öz boyunlarından asdılar.
Bu torpaqda hökmranlıq etmiş zalım və qəddar hakimlərin dövrləri heç vaxt bu insanların qəlbindən pak Əhli-Beytə məhəbbət və vilayət kimi saf gövhəri silə bilmədi. Məhz buna görə də Bəəs hakimiyyətinin süqutundan sonra böyük Ərbəin piyada yürüşü hadisəsi baş verdi və bu hadisə imanlı insanların qəlbinin dərinliyindən qaynaqlandığı üçün gündən-günə daha da genişləndi. Məhz elə buna görə də bu insanlar gördükdə ki, İmam Əli və İmam Hüseynin (Allahın salamı və salavatı onların hər ikisinə olsun) məzlum və şəhid övladı uzun illər müqəddəs ziyarətgahlardan zahiri uzaqlıqdan sonra bu dəfə Hüseynə, onun anasına və qardaşına bənzər bir cəsədlə nurlu məqbərələri ziyarət etməyə gəlir, onun gəlişini bütün varlıqları ilə ehtiramla qarşıladılar.
Digər tərəfdən, müqavimət bayraqdarı olan bu şəxsiyyətin milyonlarla insanın qatıldığı misilsiz vida mərasimi İraq və İran xalqları arasında həmrəyliyin, qardaşlığın və eyni amal ətrafında birliyin tam təzahürünü göstərdi. Şübhəsiz ki, hegemon qüvvələrin başçıları qorxu dolu qəlblərlə İraqdakı bu böyük və əzəmətli toplantının möhtəşəm görüntülərini izlədilər və gördülər ki, iki xalq arasındakı münasibətləri dağıtmaq üçün həyata keçirdikləri böyük sərmayələr necə də puç və təsirsiz nəticələndi. Həm İranda, həm də İraqda on milyonlarla insanın, İslam mücahidi şəhid Rəhbərin (Allah onun müqəddəs məqamını ucaltsın) vida və dəfn münasibətilə iştirakı hegemonların əvvəlcədən qurduqları saxta hesablamaları dəyişdirmək üçün yeni bir oyanış və təsir mərhələsinin başlanğıcını qoydu. Bu gün artıq "Böyük şeytan" – cinayətkar Amerika başa düşüb ki, onun regionda maneəsiz və hegemonluq edən varlığını davam etdirməsi yalnız boş və xam bir xəyaldan ibarətdir.
Tezliklə yenidən İraqın səxavətli xalqının, eləcə də onun mehriban, qonaqpərvər və sevgi dolu qəbilə və tayfalarının Ərbəin ziyarətinə can atan zəvvarların, o cümlədən İranın əziz Şəhidinin adından ziyarət edən böyük izdihamın üzünə açıq qucaq açması, bu əzəmətli və möhtəşəm vida mərasiminin xatirəsi və bəlkə də illərlə müqəddəs ziyarətgahlara yetişmək arzusunu qəlbində yaşadan bu böyük insanın xatirəsi ilə qarışacaq. Beləcə, “Hüseyn sevgisi bizi birləşdirir” həqiqət dolu şüarı hamıya nümayiş etdiriləcək və inşallah, Allahın lütfü və kərəmi ilə Ağamızın – İmam Mehdinin (Allah onun zühurunu tezləşdirsin) – İraq xalqının təhlükəsizliyi, bərəkəti və inkişafı üçün etdiyi duasının ardınca gələcək.
Seyid Müctəba Hüseyni Xamenei
2 Səfər 1448
17 iyul 2026
Sizin rəyiniz