19 iyul 2026 - 16:15
Source: IRNA
İmam Müctəba Xamenei: Anlaşma memorandumunun pozulması ABŞ prezidentinin imzasının dəyərsiz olduğunu bir daha sübut etdi

Ümüdünya Müsəlmanlarının Ali Rəhbəri: İranın əziz şəhid Rəhbərinin vida mərasiminin yaratdığı möhtəşəm qəhrəmanlıqla eyni vaxtda, "Böyük Şeytan"ın İran və ABŞ prezidentləri arasında imzalanmış anlaşma memorandumunu dəfələrlə pozması bir daha hamıya sübut etdi ki, ABŞ prezidentinin imzası nə qədər dəyərsiz və etibarsızdır. Zorakılıq, hegemonluq iddiası və vəhşilik Amerika düşüncə və siyasətinin ayrılmaz tərkib hissəsidir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei İranın Şəhid Rəhbərinin möhtəşəm vida mərasimi və ölkənin mühüm məsələlərinin izahı ilə bağlı müraciətində buyurub: Bu gün "Böyük Şeytan" bir daha öz həqiqi və maskasız simasını üzə çıxardı ki, cinayət və əhdə vəfasızlıqla dolu bu qaranlıq təcrübə ABŞ-nin yalançı, məntiqsiz, etibarsız və mənfur mahiyyətini təsdiqləyən daha bir möhkəm sənədə çevrilsin.

O həzrət əlavə edib: İndi düşmən Amerika yenidən müharibə alovunu qızışdırmaq, daha ağır bədəl ödəmək və daha böyük rüsvayçılıqla üzləşmək niyyətindədirsə, bilməlidir ki, əziz İran xalqının və Müqavimət Cəbhəsinin onun üçün unudulmaz dərsləri var. Bu günlərdə İslam döyüşçülərinin şücaəti və cənub bölgəsinin cəsur insanlarının qeyrəti həmin dərslərin yalnız bir hissəsini nümayiş etdirib.            

Ən prinsipial məsələlərdən biri bütün səviyyələrdə müqəddəs birliyin qorunmasına israr etməkdir

Ayətullah Xamenei buyurub: Sizə, vəfalı və başıuca İran xalqına bildirmək lazımdır ki, bu həssas mərhələdə ən prinsipial məsələlərdən biri xalq və məsul şəxslər arasında bütün səviyyələrdə, bütün sahələrdə söz birliyinin və müqəddəs birliyin qorunmasına israr etməkdir. Bu birlik İslam İnqilabının uca amallarının həyata keçirilməsi, əziz İranın izzət və müstəqilliyinin təmin olunması, xüsusilə də cinayətkar və hiyləgər düşmən Amerikaya qarşı dayanmaq üçün zəruridir.

O həzrət əlavə edib: Daha əvvəl dəfələrlə və təkidlə xatırladıldığı kimi, birliyin qorunması, parçalanma və qarşıdurmadan çəkinmək, siyasi ixtilafların və ictimai fərqlərin qabardılmaması hamının üzərinə düşən vəzifədir. Şübhəsiz ki, ölkənin vəhdəti və bütövlüyünün qorunmasında məsul şəxslərin, eləcə də İnqilaba, İmama və Şəhid Rəhbərə ürəkdən bağlı olan fədakar insanların rolu daha mühüm və daha həssasdır.

Məsul şəxslərə etimad İranın mənafelərinin qorunmasına təminat verir

Ayətullah Xamenei müraciətinin digər hissəsində İran xalqına xitab edərək buyurub: Əziz xalq! Hər üç hakimiyyət qolunda çalışan, xalqın rifahı və səadəti naminə göstərdikləri səylər aşkar görünən məsul şəxslərə etimadı davam etdirməklə, İran İslam Respublikasının mənafelərinin qorunmasının təmin olunması üçün bundan sonra da ayıq-sayıq və fəal şəkildə meydanda olacaq.

İnqilab Rəhbəri əlavə edib: Ola bilər ki, bəzi insanlar tam səmimiyyət və xeyirxahlıq niyyəti ilə bəzi məsul şəxslərin fəaliyyətinə dair tənqidi fikirlər irəli sürsünlər. Mənim fikrimcə, onların bu həssaslığı və narahatlığı sistem üçün, eləcə də özləri üçün qiymətli bir sərmayədir və özlüyündə müsbət hal hesab olunur. Lakin bu əziz insanlar, xüsusilə də onların arasında bəsirət öncülləri olanlar diqqətli olmalıdırlar ki, bu yanaşma, birincisi, heç bir günahsız insana haqsızlıq edilməsinə səbəb olmasın. Çünki bu, ilahi bərəkət və inayətlərdən məhrum olmağa gətirib çıxarar. İkincisi isə, cəmiyyətin birliyinə və həmrəyliyinə xələl gətirməsin. Bu prinsiplər qorunduğu təqdirdə tənqidlər işlərin inkişafına və çiçəklənməsinə səbəb olacaq.

İnqilabın Ali Rəhbəri əlavə edib: Düşmən bizdən heç bir zəiflik əlaməti, o cümlədən belə bir zəiflik hiss etməməlidir. Nə vaxt ki, biz bu diqqət və həssaslıqları tam şəkildə qoruyub saxlayacağıq, o zaman düşmən məcbur olub geri çəkiləcək və məğlubiyyətə doğru üz tutacaq.

İranın Şəhid Rəhbərinin vida mərasimi tarixi bir qəhrəmanlıq və misilsiz bir dirçəliş idi

Ayətullah Xamenei əlavə edib: Ey böyük şan-şöhrət sahibi və möcüzələr yaradan İran xalqı! Sizə salam, ehtiram və təşəkkür edirəm. İranın Şəhid Rəhbərinin misilsiz vida mərasiminin bənzəri görünməmiş dirçəlişində nümayiş etdirdiyiniz bənzərsiz və tarixi qəhrəmanlıqla, qədirbilənlikdə, sədaqətdə, bəsirətdə və İslam ümmətinin rəhbərinə, İnqilabın Şəhid Rəhbərinə olan misilsiz məhəbbətinizi ifadə etməklə İslam–İran kimliyinin möhkəm iradəsinin və ilahi oyanış ruhunun yeni təzahürünü ortaya qoydunuz.

O həzrət buyurub: Tehran, Qum, Məşhəd və digər şəhər və kəndlərdə on milyonlarla insanın, onlarla kilometr uzunluğunda izdihamın alışıb-yanan qəlbləri, göz yaşları içində olan baxışları və sarsılmaz iradəsi İran xalqının dostlarını və dünyanın azad insanlarını heyran etdi, İran xalqının təkəbbürlü düşmənlərini isə heyrətə, çaşqınlığa, qəzəbə və vahiməyə saldı.

İnqilab Rəhbərinin İran xalqının yaratdığı tarixi qəhrəmanlığa, İranın Şəhid Rəhbərinin vida mərasimində dini mərcələrin və ziyalıların göstərdikləri səylərə görə təşəkkürü

İnqilabın Ali Rəhbəri əlavə edib: Ümmətin şəhid atasının matəm sahibi olan, bütün çətinliklərə, bəzi məhdudiyyətlərə və çətin şəraitə baxmayaraq, İranın Şəhid Rəhbərinin möhtəşəm vida mərasimində tarixi bir qəhrəmanlıq yaradan əziz xalqımızın hər bir nümayəndəsinə səmimi qəlbdən təşəkkür edirəm.

Ayətullah Xamenei sözlərinə davam edərək buyurub: Həmçinin möhtərəm təqlid mərcələrinə, alimlərə, mütəfəkkirlərə və ziyalılara, mədəni, ictimai və siyasi fəallara, dövlət və Silahlı Qüvvələrə aid qurumların gördüyü işlərə və göstərdikləri səylərə, eləcə də Müqavimət Cəbhəsinin və iftixar doğuran İslam hərəkatlarının rəhbər və nümayəndələrinin iştirakına görə təşəkkürümü bildirirəm.

O həzrət sonda buyurub: Ümidvaram ki, bu tarixi qəhrəmanlıqda hər hansı formada iştirak edən, dəstək verən və həmrəylik nümayiş etdirən hər kəs Mövlamız Həzrət Sahibəz-Zamanın (Allah-Təala zühurunu tezləşdirsin) xüsusi inayət və dualarına nail olsun.

Sizin rəyiniz

You are replying to: .
captcha