Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ-nin “Politico” nəşri yazıb ki, İsrail rejimi və bu rejimi dəstəkləyən ABŞ-dəki lobbi, İsrail rejiminin Birləşmiş Ştatlarda mövqeyinin nəzərəçarpacaq dərəcədə zəifləməsindən sonra onun nüfuzunu yenidən bərpa etmək və Vaşinqtonun Tel-Əvivə dəstəyini yenidən gücləndirmək məqsədilə genişmiqyaslı kampaniyaya başlayıb.
ABŞ-nin “Politico” nəşri Nihal Tusi və Daniela Çeslounun hazırladığı hesabatda yazıb ki, İsrail rejiminin rəsmiləri bu rejimi dəstəkləyən lobbilərlə birlikdə ABŞ Konqresinin üzvləri ilə əlaqələrini artırıb, onlara siyasi və təbliğati dəstəyi gücləndirib. Həmçinin İsrailə dəstəyin azalması prosesinin qarşısını almaq məqsədilə yüksək səviyyəli diplomatik səfərlər, o cümlədən İsrail rejiminin baş naziri Benyamin Netanyahunun Vaşinqtona planlaşdırılan səfəri gündəmə gətirilib.
Hesabata əsasən, ABŞ ilə İsrail rejimi arasındakı münasibətlər son bir neçə onilliyin ən həssas mərhələlərindən birini yaşayır. Çünki Tel-Əvivin siyasətlərinə qarşı tənqidlər artıq yalnız mütərəqqi qüvvələr və ya Fələstin tərəfdarları ilə məhdudlaşmır, həm Respublikaçılar, həm də Demokratlar partiyalarının bəzi dairələri daha açıq tənqidi mövqelər nümayiş etdirirlər.
Politico bu çərçivədə 100-dən çox Demokrat nümayəndənin ABŞ-nin İsrailə hərbi yardımlarının dayandırılması ilə bağlı layihəni dəstəkləməsinə diqqət çəkib. Baxmayaraq ki, bu layihə qəbul edilməyib, ona verilən dəstəyin əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli olduğu vurğulanıb. Nəşr, həmçinin ABŞ vitse-prezidenti Cey Di Vensin İsraili İranla müharibə ilə bağlı fikir ayrılıqları zamanı sosial şəbəkələrdə apardığı kampaniyalar vasitəsilə ABŞ-dəki siyasi mühitə təsir göstərməyə çalışmaqda ittiham etməsinə toxunub.
Sizin rəyiniz