19 iyul 2026 - 17:27
Source: IRNA
İİR Ordusu Küveytdəki iki mühüm ABŞ hərbi bazasına hücum tipli PUA-lar ilə hücum etdi

Əli əs-Salim hava bazası isə ABŞ ordusunun Qərbi Asiyadakı əsas hava nəqliyyatı və logistika mərkəzlərindən biri sayılır.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: “Şimşək” əməliyyatının 16-cı mərhələsində Küveytdə yerləşən Əli əs-Salim və Əl-Üdeyri hərbi bazalarının İran İslam Respublikası Ordusuna çoxsaylı məxsus hücum PUA-ları ilə hədəfə alındığı bildirilib.

Əl-Üdeyri düşərgəsi ABŞ ordusunun regiondakı mühüm hərbi bazalarından biri hesab olunur.

Bu baza İran İslam Respublikasının sərhədlərindən təxminən 104 kilometr məsafədə yerləşir və ABŞ qüvvələrinin bölgədə təminatı, dəstəklənməsi və yenidən qruplaşdırılması baxımından əhəmiyyətli mərkəzlərdən biri kimi təqdim olunur.

Bazanın fəaliyyətindəki problemlər ABŞ ordusunun regiondakı logistika və dəstək əməliyyatlarına təsir göstərə biləcəyi qeyd edilir.

Əli əs-Salim hava bazası isə ABŞ ordusunun Qərbi Asiyadakı əsas hava nəqliyyatı və logistika mərkəzlərindən biri sayılır.

Bu baza regiona hərbi qüvvələrin daşınması və ABŞ-nin bölgədəki hərbi fəaliyyətlərinin təmin edilməsində mühüm rol oynayır.

Sizin rəyiniz

You are replying to: .
captcha