Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi, 18 iyul, şənbə günü X sosial şəbəkəsindəki mesajında ABŞ Müharibə nazirinin Çabahar Dəniz Müşahidə Qülləsinin dağıdılması ilə öyünən tvitinə istinad edərək yazıb: “Dəniz nəzarəti və təhlükəsizlik infrastrukturlarından biri olan Çabahar Dəniz Müşahidə Qülləsi, 16 iyul, cümə axşamı günü ABŞ tərəfindən son günlərdə üçüncü dəfə hücuma məruz qaldı və ABŞ Müharibə naziri onun dağılmasının görüntüsünü qürurla dərc etdi. ABŞ Müharibə naziri bacarsaydı, yəqin ki, Minab Məktəbinə və Lamird Stadionuna raket hücumunu və günahsız uşaqların və insanların öldürülməsini bütün qəddarlığı ilə eyni şəkildə göstərərdi.
Dünən gecə onlar Caskdakı Bunci kənd körpüsündə elektrik stansiyalarına və duzsuzlaşdırma nasoslarına hücum etdilər.
Bir vaxtlar özünü dünya nizamının, liberalizmin və terrorizmə qarşı mübarizənin bayraqdarı kimi təqdim edən bir tərəf üçün, görünür, körpülərin və mülki infrastrukturun dağıdılmasının görüntülərini göstərmək, öyünə biləcəyi ən son nailiyyətdir.
Lakin hər körpü, hər qüllə və hər mülki infrastrukturun dağılması ilə, yalnız beton və polad dağılmır; Amerikanın mənəvi və siyasi legitimliyi, bütün beynəlxalq hüquq sistemi və Qərb sivilizasiyasının təməlləri dağılır.
İndi ABŞ və müttəfiqlərindən soruşulmalıdır ki, Çabahar, Minab və Caskda etdikləri ilə onlarla qarşılaşmaq bəhanəsi ilə müharibə və işğal apardıqları terrorizm nümunələri arasında konkret nə fərq var?
Sizin rəyiniz