Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bəyanat yayaraq bildirib ki, Səudiyyə Ərəbistanı təxminən 12 ildir ki, Yəmənə quru, dəniz və hava blokadası tətbiq edir, bu ölkənin limanlarını və hava limanlarını hədəfə alır, resursları talayır və təzyiqləri artırmaqla Yəmən xalqının əzablarını daha da çoxaldır.
Bəyanatda deyilir: Yəmənə qarşı blokadanın heç bir hüquqi, humanitar və legitim əsası yoxdur. Bu ölkə xalqının Səudiyyə Ərəbistanının bu addımına və hücumlarına, o cümlədən Səna Beynəlxalq Hava Limanına edilən hücuma qarşı əlində olan bütün vasitələrlə cavab vermək hüququ var.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü daha sonra “xəbərdarlıq və səfərbərlik” adı altında keçirilən genişmiqyaslı xalq yürüşlərinə toxunaraq bildirib ki, bu bəyanatın yayımlandığı andan etibarən “blokadaya qarşı blokada” düsturu əsasında Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası icra mərhələsinə keçir.
Bəyanatda həmçinin vurğulanıb ki, Yəmən xalqının blokadaya qarşı qarşılıqlı blokadaya, istənilən gərginləşdirməyə qarşı isə qarşılıqlı və hərtərəfli gərginləşdirmə tədbirlərinə əl atmaq hüququ var.
Yəhya Səri bütün variantlara tam hazır olduqlarını bildirərək xəbərdarlıq edib ki, Səudiyyə Ərəbistanının hər hansı addımı və ya gərginliyi artırması sərt və hərtərəfli cavabla qarşılanacaq.
Sizin rəyiniz