19 iyul 2026 - 17:01
Source: IRNA
Buşehr valisi: İndiyədək Xark adasının sakinlərinin təxliyəsi ilə bağlı nə müraciət, nə də göstəriş verilib

Buşehr valisi bildirib: Sosial mediada bu şəhərin tabeliyində olan Xark adasının boşaldılması ilə bağlı yayılan şayiələrə baxmayaraq, hazırda adada həyatın adi qaydada davam etdiyini bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Məhəmməd Müzəffəri şənbə gecəsi İRNA-ya açıqlamasında deyib: İndiyədək Xark adasının sakinlərinin təxliyəsi ilə bağlı nə bir müraciət olub, nə də hər hansı göstəriş verilib. Yerli sakinlər neft sənayesinin əməkdaşları ilə yanaşı, gündəlik həyatlarını davam etdirirlər.

O əlavə edib: Hazırda Xark adası ilə materik əraziləri arasında, Fars körfəzində İranın ərazi suları daxilində dəniz nəqliyyatı 24 saat ərzində adi qaydada həyata keçirilir.

Buşehr valisi vurğulayıb: Bu istiqamətdə dövlət qurumlarının xidmətləri davam edir və əhalinin gündəlik ehtiyaclarının təmin olunmasında, eləcə də xidmətlərin göstərilməsində heç bir probleb yaranmayıb.

Sizin rəyiniz

You are replying to: .
captcha