17 iyul 2026 - 16:12
Source: IRNA
Qətər İrana qarşı hücumda iştirak etməsi ilə bağlı iddiaları qətiyyətlə rədd edib

Ofis bəyan edib ki, Qətər nə bu münaqişənin başlanğıcından etibarən qonşu ölkələrə qarşı hər hansı hərbi əməliyyatda iştirak edib, nə də gələcəkdə belə bir əməliyyatda iştirak edəcək.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA:  Qətərin Beynəlxalq Media Ofisi bəzi İsrail KİV-lərinin bu ölkənin İran İslam Respublikasına qarşı hərbi əməliyyatda iştirak etməyə razılıq verməsi ilə bağlı yaydığı iddiaları qəti şəkildə rədd edib.

Ofis bəyan edib ki, Qətər nə bu münaqişənin başlanğıcından etibarən qonşu ölkələrə qarşı hər hansı hərbi əməliyyatda iştirak edib, nə də gələcəkdə belə bir əməliyyatda iştirak edəcək.

Qətərin Beynəlxalq Media Ofisi vurğulayıb ki, bu ölkə regional və beynəlxalq tərəfdaşları ilə koordinasiyalı şəkildə hərtərəfli və davamlı razılaşmanın əldə olunması məqsədilə diplomatik səylərini və vasitəçilik rolunu davam etdirəcək.

Sizin rəyiniz

You are replying to: .
captcha