Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Şöbəsi 23 nömrəli açıqlamada "Ya Mehdi Ədrikni" şüarı ilə "Nəsr 2" əməliyyatının 15-ci dalğasında Küveytdəki HeMars platformalarını və raketlərini məhv etməklə yanaşı, ABŞ qüvvələrinin və əks-inqilabi qrupların bir neçə mövqeyinin hibrid raket və dron əməliyyatında hədəfə alındığını açıqladı.
Bəyanatda əməliyyatda çox sayda Amerika qüvvəsinin və əks-inqilabi qrupların üzvünün öldürüldüyü və əks-hücum əməliyyatının hələ də davam etdiyi bildirildi.
İİKK-nın 22 nömrəli bəyanatında həmçinin bildirilib ki, dünən gecə ABŞ-nin Bəndər-Abbasdakı bir neçə körpü, yaşayış məntəqəsi və su nasos mərkəzi də daxil olmaqla, İranın cənubundakı hədəflərə hücumlarından sonra, "Ya Sahibəz-Zaman (əc) ədrikni" şüarı ilə "Nəsr 2" əməliyyatının on dördüncü dalğasında İslam Döyüşçüləri bir neçə ballistik raket və dronla İordaniyada yerləşən Amerika qırıcı təyyarələrini və tanker təyyarələrini iki mərhələdə hədəfə alıblar.
Bu hücumlar nəticəsində bir neçə Amerika tanker təyyarəsi və qırıcı təyyarəsi məhv edilib, bir neçəsi isə ciddi şəkildə zədələnib.
Bu bəyanatda İİKK həmçinin İordaniya xalqına və ordusuna müraciət edərək, onları ölkə ərazisində Amerika qüvvələrinin mövcudluğuna qarşı tədbir görməyə və Amerika maraqlarını hədəf almağa çağırıb.
Sizin rəyiniz