Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Vəhhabi əqidəli Ali-Xəlifə sülalə rejimi Məhərrəm və Aşura matəm mərasimləri üçün yeni bir sıra ciddi məhdudiyyətlər və qərarlar elan edib.
Yeni qanunsuz qərarlar Aşura matəmlərinin təzahürlərini məhdudlaşdırmaq və Hüseyniyyələrdə və yürüşlərdə mərasimlərin ənənəvi və tarixi aspektlərini azaltmaq məqsədi daşıyır və Məhərrəm ayı başladıqdan bəri hər gün vəhhabi rejiminin dini fəaliyyətlərə qarşı təhlükəsizlik yanaşması daha da güclənir.
Vəhhabi rejimi, təşkilatçılara bütün matəm mərasimlərini və yürüşləri gecə yarısına qədər dayandırmaq əmrini verib. Həmçinin İmam Hüseyn (əleyhi səlam) bayraqlarının, bannerlərinin və simvollarının əzadarlıq yürüşlərinin qapalı ərazilərindən kənarda ucaldılmasını və dalğalandırılmasını qadağan edib.
Vəhhabilərin qadağalarına yas və əzadarlıq mərasimlərində istər Bəhreynli, istərsə də qeyri-bəhreynli, sağ və ya vəfat etmiş Şiə din alimlərinin şəkillərinin qoyulmasına və ya asılmasına tətbiq edilən qadağa da daxildir.
Sizin rəyiniz