Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Belarus prezidenti Aleksandr Lukaşenko "Əl-Ərəbiyyə"yə verdiyi müsahibədə sionist rejimin daha diqqətli olmalı olduğunu vurğuladı.
“Qəzzada mülki şəxslərin öldürülməsi səbəbindən beynəlxalq aləmdə praktik olaraq çox pis mövqe qazandılar,” – deyə Lukaşenko bildirdi.
O əlavə etdi: Bu hadisələr bir çox insanı tarix üzərində düşünməyə və hansı Holokostun baş verdiyini anlamağa sövq etdi?! Bu qədər insanı, xüsusən də qadınları və uşaqları öldürdükləri halda, İsraillilərin həmişə danışdıqları Holokostdan necə danışa bilərik?
Lukaşenko davam etdi: Onlar hər şeyi yer üzündən siliblər və insan sümükləri üzərində kurort tikəcəklər. Bu, tamamilə absurddur.
Belarus prezidenti vurğuladı: İstənilən müharibənin sülh dövründə proqnozlaşdırılması çətin olan gözlənilməz nəticələri ola bilər. Sionist rejimin Qəzzada hərəkətləri əsl Holokostdur. Dünya Holokostdan danışarkən sionistlərin günahsız insanları öldürdüyünü unudurdu.
Sizin rəyiniz