Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Herat əyalətindən olan yerli mənbələr Heratın Cəbrail şəhərində keçirilən ictimai etirazlar zamanı yaralanan 17 yaşlı yeniyetmə Morteza Kəriminin dünən gecə şəhidlər sırasına qoşulduğunu təsdiqlədilər.
Ötən çərşənbə axşamı keçirilən etirazlar zamanı Taliban qüvvələri tərəfindən birbaşa silahla vurulan şəhid Morteza Kərimi hər iki ayağından güllə yaraları səbəbindən ağır xəsarətlər alıb və qanaxmaya düşüb.
Yerli mənbələr bildiriblər ki, o, bir həftə sonra Herat dövlət xəstəxanasının reanimasiya şöbəsində ağciyər çatışmazlığı səbəbindən vəfat edib.
Sizin rəyiniz