Məhərrəmin ikinci günü - Kərbəlaya gəliş / Kərbəla hadisəsinin böyük dərsi; İmam Hüseyn (ə) heç vaxt müharibəyə başlamadı
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Aşura hərəkatının ən vacib təlimlərindən biri İmam Hüseynin (əleyhi səlam) düşmənlə qarşılaşarkən İlahi əxlaqa və məntiqə riayət etməsidir. Kərbəlada olduğu ilk günlərdən Aşura döyüşü başlayana qədər Şəhidlər Ağası İmam Hüseyn (əleyhi səlam) heç vaxt müharibəyə ilk başlamadı və hətta Ömər Sədin nəhəng ordusu qarşısında belə dialoq, hidayət və rəhbərlik yolunu tutdu. İmam (əleyhi səlam) özünü bəşəriyyətin rəhbəri hesab edirdi və son ana qədər düşmənlər üçün qayıdış və tövbə yolunu açıq saxlamağa çalışdı ki, hər kəs üçün dəlil tam olsun və haqq ilə batil bir-birindən aydın şəkildə fərqlənsin.
Sizin rəyiniz