1 iyun 2026 - 19:21
Source: IRNA
Livanın cənubunda şiddətli döyüşlər davam edir; İsrail ordusu itkilər verdiyini və irəliləyiş əldə etdiyini açıqlayıb

Livan mənbələrinin verdiyi məlumata görə, İsrail ordusu Nəbatiyyə rayonundakı Kəfərrumman şəhəri və Kəfərcuz bölgəsini intensiv artilleriya atəşinə tutur. Son saatlarda bu ərazilər fasilələrlə hava və quru hücumlarına məruz qalıb. Məlumatlarda bildirilir ki, İsrail qüvvələri Nəbatiyyə şəhərinə doğru irəliləməyə və bölgəyə nəzarəti ələ keçirməyə çalışırlar.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livanın cənubunda, Nəbatiyyə şəhəri istiqamətində və sərhəd bölgələrində şiddətli döyüşlər davam edir. İsrailin hava və artilleriya zərbələri ilə eyni vaxtda Hizbullahın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar da davam edir. Bu arada Tel-Əviv strateji bir mövqeyi ələ keçirdiyini iddia edib və öz hərbçiləri arasında ölən və yaralananların olduğunu təsdiqləyib.

Livan mənbələrinin verdiyi məlumata görə, İsrail ordusu Nəbatiyyə rayonundakı Kəfərrumman şəhəri və Kəfərcuz bölgəsini intensiv artilleriya atəşinə tutur. Son saatlarda bu ərazilər fasilələrlə hava və quru hücumlarına məruz qalıb. Məlumatlarda bildirilir ki, İsrail qüvvələri Nəbatiyyə şəhərinə doğru irəliləməyə və bölgəyə nəzarəti ələ keçirməyə çalışırlar.

İsrail ordusu həmçinin Livanın cənubunda yerləşən Ərnun və Kəfər Təbnit yaşayış məntəqələrinə hava zərbələri endirdiyini açıqlayıb. Eyni zamanda, Qusaybə şəhərinə və Şərqiyyə bölgəsinin ətrafına pilotsuz uçuş aparatları ilə hücumların həyata keçirildiyi barədə məlumatlar yayılıb.

İşğalçılar Zəhrani çayının cənubunda yerləşən ərazilərin sakinlərinə, xüsusilə Burc əş-Şimali bölgəsində yaşayanlara təcili təxliyə xəbərdarlığı edərək, həmin əraziləri dərhal tərk etmələrini tələb edib.

Bununla yanaşı, İsrailin müdafiə naziri ordunun Livanın cənubundakı Bufort qalası üzərində nəzarəti ələ keçirdiyini iddia edib. Hərbi mənbələr bu addımı cənub cəbhəsində əməliyyat düzülüşünün dəyişdirilməsi çərçivəsində qiymətləndirirlər.

Litani çayına və Nəbatiyyə–Mərcəyyun istiqamətinə hakim yüksəklikdə yerləşən Bufort qalası Livanın cənubundakı ən mühüm hərbi mövqelərdən biri hesab olunur. Bu məntəqə əməliyyat marşrutlarına və təchizat xətlərinə nəzarət etməyə imkan verdiyi üçün xüsusi strateji əhəmiyyət daşıyır.

Digər tərəfdən, Hizbullah Livanın cənubunda və işğal altındakı Fələstinin şimalında yerləşən İsrail hərbi mövqelərini raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə almağa davam edir. İsrail mediası da ordunun ciddi itkilərlə üzləşdiyini və sərhəd bölgələrində əməliyyat təzyiqinin artdığını bildirib.

Eyni zamanda, İsrail ordusu Livanın cənubundakı döyüşlər zamanı bir hərbçisinin öldürüldüyünü, bir neçə nəfərin isə yaralandığını açıqlayıb. “Kan” telekanalının məlumatına görə, Livan cəbhəsində qarşıdurmaların başlanmasından bu günədək İsrail ordusunun itkilərinin sayı 13 nəfərə çatıb.

İsrailin “Kan” telekanalı daha əvvəl xəbər vermişdi ki, ordunun qiymətləndirməsinə əsasən, Hizbullahın FPV tipli kamikadze pilotsuz uçuş aparatları İsrail qüvvələrinin Livanın cənubundakı əməliyyat sərbəstliyinin təxminən 70 faizini məhdudlaşdırıb.

Sizin rəyiniz

You are replying to: .
captcha