Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İsmayıl Bəqayi bazar ertəsi, 18 may 2026-cı il tarixində keçirilən mətbuat konfransında İran İslam Respublikasının mərhum xarici işlər naziri Hüseyn Əmir Abdullahianın xatirəsini yad edib.
Daha sonra İsmayıl Bəqayi ABŞ-İİR arasındakı danışıqlar prosesinin davamlı xarakter daşıdığını vurğulayaraq bildirib:
Biz 14 bəndlik planı təqdim etdikdən sonra Amerika tərəfi öz qeydlərini çatdırdı, biz də öz qeydlərimizi təqdim etdik. Ötən həftə, Amerika tərəfi planı açıq şəkildə rədd etdiyini bildirsə də, ardınca pakistanlı vasitəçi vasitəsilə onların düzəliş və əlavələrini bizə çatdırdı.
O əlavə edib: Pakistan vasitəsilə Amerika tərəfinin mövqeyi çatdırıldıqdan sonrakı gündən etibarən qarşı tərəfdən yeni təkliflər paketi aldıq. Bu təkliflər son günlər ərzində araşdırılıb və dünən də bəyan edildiyi kimi, bizim cavab mövqeyimiz Amerika tərəfinə təqdim olunub. Buna görə də proses Pakistan vasitəsilə davam edir.
Sizin rəyiniz