23 mart 2026 - 17:07
Əlcəzairli mütəfəkkir İranı dəstəklədi / Ələvi mədəniyyətinin davamçıları zülmə qarşı çıxır

Yəhya Əbu Zəkəriyyə ictimaiyyət qarşısında böyük bir sual işarəsi qoyaraq yazıb: Dinlərini təmiz soydan və Ələvi mədəniyyətindən götürənlərin hamısı zülmə, Amerika və İsrailə qarşı çıxır, bu məsələnin sirri nədir?

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əlcəzairli sünni mütəfəkki Yəhya Əbu Zəkəriyyə ictimaiyyət qarşısında böyük bir sual işarəsi qoyaraq tvit atıb: “Dinlərini Əməvi mədəniyyətindən götürənlərin hamısı Amerika və İsrailə təslim olub, dinini təmiz soydan və Ələvi mədəniyyətindən götürənlərin hamısı isə zülmə, Amerika və İsrailə qarşı çıxır... Bu məsələnin sirri nədir?”

O, əvvəllər də ərəb ölkələrinin Fələstinə və Amerikanın bölgədəki hərəkətlərinə qarşı mövqelərini tənqid edən digər şərhlər də vermiş, Amerika ilə qarşıdurmaya rəhbərlik edənin məhz İran olduğunu və İranın süqut etsə, müsəlmanların kişiliklərini itirəcəyini söyləmişdi.

O demişdi: “Aya bu düzgündürmü ki, biz Amerika tağutuna qarşı çıxmalı və mübarizə aparmalı olduğumuz halda "Ey Allahım, Amerikanı İran üzərində qalib et" deyərək, Amerikanın yanında olaq?”

Zəkəriyyə vurğulayır ki, Amerikanın İran nefti dalınca olmasını düşünmək sadəlikdir, əksinə, ABŞ, İslam kimliyini məhv etməyə çalışır.

Sizin rəyiniz

You are replying to: .
captcha