Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ziqar Quberniyasının Əl-Fəhud İdarəsi İmam Hüseynin (ə) Ərbəinini anmaq üçün müqəddəs Kərbəla şəhərinə piyada yürüşünü davam etdirən izdihamlı zəvvarları qarşıladı.
İdarə İraqın cənubundakı Bəsrə Quberniyasından gələn çox sayda zəvvarın keçməsinə şahid oldu, matəm xidmət çadırları isə zəvvarlara müxtəlif xidmətlər göstərmək üçün marşrut boyunca düzüldülər.
İraqın cənubundan İmam Hüseyn və qardaşı Əbu əl-Fəzl əl-Abbas (əleyhissalam) ziyarətgahına gələn ziyarətçilər üçün tədarük görülən mokəblər on gündən çoxdur ki, davam edir.
Zəvvarlara xidmət göstərən bu çadırlar Əhli-Beyt (əleyhissalam) ilə dərin əlaqəni təcəssüm etdirir və Ərbəin ziyarətində fədakarlıq və həmrəylik dəyərlərini ildən-ilə əks etdirən bir səhnədə fəaliyyətinə davam edir.
Sizin rəyiniz