Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.
Ermənistanın xarici işlər naziri Ermənistan hökuməti və xalqı adından Ali Rəhbərin şəhid olması, habelə bir qrup İran vətəndaşının, o cümlədən uşaq və qadınların həlak olması ilə bağlı başsağlığı verərək, İran xalqı və hökuməti ilə həmrəy olduğunu bildirib.
Mirzoyan həmçinin ölkəsinin mövcud şəraitdə hər cür zəruri humanitar yardımı göstərməyə hazır olduğunu vurğulayıb.
Sizin rəyiniz