Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Məyadin Xəbər Agentliyinin məlumatına görə, Pakistan Əfqanıstanın cənub-şərqindəki Paktika əyalətinin ərazilərini hava hücumları ilə hədəfə alıb.
Əfqanıstan hökumətinin rəsmisi bir neçə saat əvvəl ölkənin Nəngərhar əyalətində bir evə Pakistanın hücumu nəticəsində 17 mülki şəxsin öldüyünü açıqladı.
Pakistanın informasiya naziri isə Əfqanıstanın cənub-şərqinə hava hücumları barədə bildirib: Biz Pakistan Talibanının və Əfqanıstanla sərhəddə yerləşən İŞİD terror qruplaşmasının Xorasan qolunun düşərgələrini və sığınacaqlarını hədəfə aldıq.
Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid Pakistan Taliban mövqelərini hədəf almaq iddialarını rədd edərək deyib: "Pakistanın xüsusi hərbi dairələri yenidən Əfqanıstan ərazisinə hücum edib."
O əlavə edib: "Dünən gecə Nəngərhar və Paktika əyalətlərində mülki soydaşlarımız bombalandı, bu zaman qadınlar və uşaqlar da daxil olmaqla onlarla insan şəhid oldu və yaralandı."
Mücahid iddia etdi: "Pakistan generalları bu cür cinayətlərlə ölkələrindəki təhlükəsizlik zəifliyini kompensasiya edirlər."
Sizin rəyiniz