10 fevral 2026 - 22:10
Source: IRNA
Paşinyan: Ermənistan ABŞ-dan hərbi PUA-lar alıb

Paşinyan: Ermənistan ABŞ-dan hərbi PUA-lar alıb

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Nikol Paşinyan bildirib ki, Ermənistan ABŞ-dən hərbi pilotsuz uçuş aparatları (PUA) alıb.

Paşinyan bu açıqlamanı ABŞ-nin vitse-prezidenti Cey Di Vens ilə birgə mətbuat konfransında verib. Tədbir yerli televiziya kanalları vasitəsilə canlı yayımlanıb. Onun sözlərinə görə, son dövrdə Ermənistan–ABŞ arasında hərbi və müdafiə əməkdaşlığında nəzərəçarpacaq irəliləyişlər əldə olunub.

Paşinyan qeyd edib: Davamlı ikitərəfli və çoxtərəfli əməkdaşlıq, eləcə də üç il ərzində keçirilən aktiv hərbi təlimlərdən sonra Ermənistan ABŞ-dən V-BAT model PUA-lar alıb. Bildirilib ki, bu PUA-ların geniş əməliyyat təcrübəsi onların effektivliyini sübut edib və ölkənin müdafiə imkanlarının gücləndirilməsinə töhfə verəcək.

Sizin rəyiniz

You are replying to: .
captcha