Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycan Respublikasının yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirmək üçün səfər etdiyi Bakı şəhərində bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşüb.
Görüşdə Azərbaycan–İran münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafı, siyasi dialoqun davamı, qonşuluq əlaqələri və ikitərəfli münasibətlərin tənzimlənməsi üzrə mövcud mexanizmlər ətrafında fikir mübadiləsi aparılıb.
Seyid Abbas Əraqçi Prezident Məsud Pezeşkianın salamlarını dövlət başçısına çatdıraraq, iki xalqı birləşdirən qədim və möhkəm bağlara işarə edərək, İran İslam Respublikasının Azərbaycanla əlaqələrin bütün sahələrdə genişləndirilməsi və daha da möhkəmləndirilməsi istiqamətində qətiyyətini ifadə edib.
Nazir həmçinin qeyd edib ki, uzunmüddətli və strateji yanaşma qonşuluq münasibətlərinin əsasını təşkil edir və mövcud məsələlərin düzgün idarə olunması, eləcə də mümkün anlaşılmazlıqların aradan qaldırılması üçün mütəmadi diplomatik təmaslar mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev də öz növbəsində Prezident Pezeşkiana salamlarını çatdıraraq, onun Bakıya səfərini iki ölkə arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın inkişafına mühüm töhfə verən tarixi bir səfər kimi dəyərləndirib.
Sizin rəyiniz