Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İraqda Livan Hizbullahının və Yəmən Ənsarullah hərəkatının dövlət tərəfindən aktivlərinin bloklanması ilə bağlı yayılan məlumatlardan sonra Bağdad bu xəbəri təkzib edib və yaydığı açıqlamada həmin siyahının düzəliş olunacağını bildirib.
Açıqlamada vurğulanıb ki, yayılan siyahıda bəzi cərəyan və qurumların adları səhvən qeyd edilib və onların adları qeyd olunan iki qrupun zorakı fəaliyyətləri ilə heç bir əlaqəsi yoxdur. İraq hökuməti yalnız İŞİD və Əl-Qaidə ilə birbaşa əlaqəsi olan şəxslər və qrupların adlarının daxil edilməsinə razılıq verib.
Sizin rəyiniz