6 dekabr 2025 - 20:45
Source: IRNA
Pezeşkian: Fars körfəzinin suyu İsfahana çatdı

Pezeşkian: Fars körfəzinin suyu İsfahana çatdı

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Prezident Fars körfəzindən İsfahan vilayətinə su ötürülməsi layihəsinin birinci mərhələsinin istismara verildiyini açıqlayaraq vurğulayıb: “Dəniz suyunun İsfahanın su sərfiyyatı yüksək olan sənaye müəssisələrinə çatdırılması ilə bu sahənin yeraltı su mənbələrindən və Zayəndərud çayından asılılığı aradan qaldırılıb.”

Prezidentin sözlərinə görə, layihənin icrası nəticəsində çayın ekoloji payı və bölgə əhalisinin suya dair hüquqları da qorunacaq.

Bu milli nəhəng layihənin həyata keçirilməsində iştirak edən mütəxəssislərin gecə-gündüz göstərdiyi səylər nəticəsində Fars körfəzinin suyu Mərkəzi Platonun ərazilərinə və İsfahana çatdırılıb.

Dəniz suyunun İranın Mərkəzi Platosuna ötürülməsi ilə regionun iri sənaye müəssisələrinin yeraltı su ehtiyatlarına olan tələbatı azalır və onların Zayəndərud çayından su payı kəsilir. Bu isə çayın aşağı axarında ekoloji axının və bölgə sakinlərinin su təminatının əhəmiyyətli dərəcədə qorunmasına şərait yaradacaq.

Sizin rəyiniz

You are replying to: .
captcha