Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: SEPAH-ın Dəniz Qüvvələrinin 2-ci bölgə komandanı, general Heydər Hünərian-Mucərrəd bildirib: Bu qüvvənin tam nəzarəti və operativ məlumatları nəticəsində Fars körfəzində 350 min litr qaçaq yanacaq daşıyan xarici tanker saxlanılıb.
General Hünərian-Mucərrəd qeyd edib: İran İslam Respublikasının xüsusilə Fars körfəzindəki dəniz sərhədlərinin qorunması və mühafizəsi məqsədilə həyata keçirilən davamlı nəzarət çərçivəsində dizel qaçaqmalçılığı ilə məşğul olan, Svatini (Suvazilend) bayrağı altında üzən qanun pozuntusuna yol vermiş gəmi müəyyən edilib. Məhkəmə qərarı əsasında tanker saxlanılıb və Buşehr sahillərinə gətirilib.
Onun sözlərinə görə, gəminin heyət üzvlərindən 13 nəfəri Hindistan, 1 nəfəri isə qonşu ölkələrdən birinin vətəndaşıdır və hamısı həbs olunub.
Sizin rəyiniz