1 dekabr 2025 - 14:05
Source: IRNA
İİR Silahlı Qüvvələrin Baş Qərargahı: Avstraliya hökumətinin SEPAH-a qarşı addımı ABŞ və sionist rejimin məqsədlərinə xidmət edir

Silahlı Qüvvələrin Baş Qərargahı: Avstraliya hökumətinin SEPAH-a qarşı addımı ABŞ və sionist rejimin məqsədlərinə xidmət edir

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahı yayımladığı bəyanatda Avstraliya hökumətinin İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı atdığı antiiran addımını sərt şəkildə qınayıb.

Bəyanatda qeyd olunur: “Müstəqil siyasət yürütmək qabiliyyətindən məhrum olan Avstraliya hökumətinin bu məntiqsiz qərarı, dünyada hökmranlıq edən sistemin şeytani məqsədləri, terroru dəstəkləyən ABŞ-nin rəhbərliyi və sionist rejimin davam edən zülm və cinayətlərinə xidmət edən bir addım olmaqdan başqa mahiyyət daşımır. Bu qərar ABŞ və sionist rejimin təzyiqi altında səsləndirilmiş əsassız və qərəzli iddialardır.”

Bəyanatda vurğulanır ki, bu kimi addımlar beynəlxalq reallıqların düzgün dərk edilmədiyini göstərir:

“Belə qərarlar İran xalqının müdafiə qüdrətini artırmaq və ölkənin müdafiə sistemini gücləndirmək əzmini daha da möhkəmləndirəcək. Nəticə etibarilə bu addım ölkə xalqının və dünyanın azadlıqsevər xalqlarının Silahlı Qüvvələrə, xüsusilə də qüdrətli və antiterror SEPAH-a dəstəyinin artmasına səbəb olacaq.”

Sizin rəyiniz

You are replying to: .
captcha