Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livan Əl-Vəfa Partiyasının rəhbəri və strateji məsələlər üzrə tədqiqatçı Dr. Əhməd Əlvan, ABNA Xəbər Agentliyinə verdiyi eksklyuziv müsahibəsində bildirib: “Sionist düşmən komandirləri aradan qaldırmaqla müqaviməti iflic edə biləcəyini düşünür, lakin Hizbullah komanda işinə, sistemli və planlı varisliyə əsaslanır. Hər bir komandir üçün tam hazırlıqlı və təlim keçmiş varislər var və bu səbəbdən bu terrorlar müqavimətin iradəsini nəinki zəiflədib, hətta bu yolda davam etmək əzmini gücləndirmişdir.”
Sionist rejimin bu terrorlardakı əsl məqsədi
Livanlı ekspert vurğulayıb: “Bu terrorlar və təcavüzlərlə sionist rejimi Livan prezidentliyinə xələl gətirmək işğalı, qeyri-sabitliyi və hətta Livanda daha geniş hərbi müdaxiləni davam etdirmək üçün bəhanə əldə etmək məqsədilə Livanın öhdəliklərinə əməl etmədiyini iddia etmək istəyir. Əslində, bu rejimin son məqsədi "Böyük İsrail" ekspansionist xəyalını gerçəkləşdirmək və bölgədəki müqaviməti tamamilə məhv etməkdir.”
Terrorun çəkindirmə prinsibinə təsiri
Dr. Əlvan vurğuladı ki, bu terrorlar, strateji çəkindirmə prinsibində heç bir pozuntu yaratmayacaq. Çünki, Müqavimətin strukturu elə qurulub ki, hər bir şəhidin eyni səviyyədə təhlükəsizlik və hərbi gücə malik bir varisi olsun.
O, əlavə etdi: “Bugünkü dünyada "beynəlxalq birlik" və "insan hüquqları" kimi anlayışlar praktik olaraq mənasız hala gəlib və beynəlxalq hüquqi mexanizmlər Amerika və Sionizmin hakimiyyəti altında iflic vəziyyətinə düşüb; Buna görə də, məzlum Livan xalqının fəryadına çatacaq heç bir beynəlxalq qrum yoxdur.
Müqavimətin Cavabı: Güc və Atəş Dilidir
Əl-Vəfa Partiyasının rəhbəri bildirib: “1701 saylı Qətnamənin və atəşkəs müqaviləsinin tətbiqindən bəri, ona riayət edən Müqavimət olub, sionist rejimi isə beş min dəfədən çox onu pozub. Müqavimət əvvəlcə diplomatiya yolunu sınadı, lakin nəticə vermədikdə, cavabı uyğun vaxta və üsula görə təxirə saldı. Sionist rejimi ilə qarşılaşmaq üçün ən yaxşı dil güc və atəş dilidir və Hizbullah özü cavabın vaxtını, yerini və intensivliyini müəyyən edəcək.”
Livan dövlətinin vəzifəsi və Müqaviməti tərksilah etməyin böyük təhlükəsi
Dr. Əlvan deyib: “Livan dövləti (ABŞ-ın yaratdığı maneələri üzündən) diplomatik məhdudiyyətlər və ordunun real avadanlıqlarının olmaması səbəbi ilə praktik olaraq hərbi müdafiəyə qadir deyil. Buna görə də Müqaviməti də tərksilah etmək planı Livan dövləti və xalqı üçün böyük strateji səhvdir. Buna görə də Livan dövləti, işğalçıların Livan ərazisindən tamamilə geri çəkmək, məhbusları azad etmək və təcavüzünü dayandırmaq üçün Sionist rejiminə ciddi təzyiq göstərməlidir. Livan prezidenti ölkəni müharibədən uzaq tutmağa çalışır, lakin sionist rejim isə sülh ardınca deyildir.”
Sizin rəyiniz