19 avqust 2025 - 22:01
General-mayor Seyyid Səfəvi: Yeni müharibənin baş vermə ehtimalı var

İslam İnqilabı Rəhbərinin xüsusi müşaviri general-mayor Seyid Yəhya Rəhim Səfəvi bölgədəki incə şərtlərə toxunaraq, “Hazırda müharibə vəziyyətindəyik və atəşkəs hər an pozula bilər” deyib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ümüdünya Müsəlmanlarının Ali Lideri İmam Xamenei həzrətlərinin xüsusi müşaviri general-mayor Seyyid Yəhya Rəhim Səfəvi çıxışında ABŞ, İngiltərə və Sionist fşist rejim ilə yeni müharibə ehtimalının artdığını bildirərək, “Bunu demək istərdim: biz yeni bir müharibənin astanasında qərar tapmış ola bilərik və bəlkə də bundan sonra daha müharibə olmayacaq” deyib.

General-mayor Səfəvi ABŞ və sionist rejimin atdıqları addımlarına toxunaraq deyib: “ABŞ və sionist rejim inanır ki, sülh ancaq güc yolu ilə bərqərar ola bilər. Bax elə ona görə də İran da özünü yüksək qüdrət səviyyəsinə qaldırmalıdır”.

İmam Xamenei həzrətlərinin xüsusi müşaviri cənab Seyyid Səfəvi Silahlı Qüvvələrin ən pis ssenarilərlə bağlı perspektivliyini vurğulayaraq əlavə edib: “Biz əsgərlər olaraq ssenarilər hazırlayır, ən pis ssenariləri nəzərdən keçirir və buna uyğun olaraq lazımi planlaşdırma və hazırlıqları edirik”.

General-mayor Səfəvi mövcud vəziyyətin atəşkəs demək olmadığını vurğulayaraq, "Hazırda müharibə vəziyyətindəyik və bu vəziyyət hər an pozula bilər. Sionist rejim və ya Amerika ilə heç bir protokol və razılaşma yoxdur" deyə o bildirib.

İslam İnqilabı Rəhbərinin xüsusi müşaviri General-mayor cənab Səfəvi İranın imkanlarının gücləndirilməsinin vacibliyini vurğulayaraq deyib: “Biz hücum, diplomatik, media, kiberməkan, raket və dron qüvvələri də daxil olmaqla müxtəlif sahələrdə strategiya və sistemlərimizi inkişaf etdirməliyik”.

Cənab Səfəvi sonda əlavə edib: “Biz bu qənaətə gəldik: Sülh istəyən hər kəs müharibəyə hazır olmalıdır; ən yaxşı müdafiə hücumdur!”.

Sizin rəyiniz

You are replying to: .
captcha