Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Agentliyinin məlumatına görə, Beynəlxalq Enerji Agentliyi İran İslam Respublikasının xam neft istehsalının iyul ayında təxminən 200 min barrel artdığını bildirib.
Beynəlxalq Enerji Agentliyinin ən son qısa müddətli enerji bazarı aylıq proqnoz hesabatında qeyd olunub ki, İranın neft istehsalı iyul ayında gündəlik 3 milyon 270 min barrelə çatıb ki, bu da iyul ayında gündəlik 3 milyon 80 min barrel istehsal ilə müqayisədə 190 min barrel artım deməkdir.
Hesabatda bildirilir ki, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) 12 üzv ölkəsinin ümumi neft istehsalı iyul ayında gündəlik 28 milyon 210 min barrel təşkil edib ki, bu da iyun ayı ilə müqayisədə 210 min barrel azalma göstərir; iyun ayında OPEC üzvlərinin neft istehsalı gündəlik 28 milyon 420 min barrel olub.
Sizin rəyiniz