Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sionist rejiminin "i24 News" mediası ifşa edib ki, bir qrup sionist mühacir Suriya ərazisində yerləşən işğal olunmuş Qolan təpələrinə hücum edərək yeni qəsəbə salmaq məqsədilə həmin əraziyə daxil olublar.
İRNA-nın çərşənbə axşamı günündə yayımladığı məlumata görə, "i24 News" bildirib ki, sionistlər dünən Suriyadakı qeyri-sabit vəziyyətdən istifadə edərək Qolan təpələrində yeni bir yaşayış məntəqəsi – “Nove Başan” adlı qəsəbə salmaq üçün bölgəyə daxil olublar.
Onlar faşist İsrail rejiminin ordusundan bu ərazidə uzun müddət qalmağı və həmin qəsəbənin salınması üçün dəstək göstərməyi tələb ediblər.
Qeyd edək ki, vəhhabilərin Təhrir əl-Şam terror təşkilatı ABŞ, sionist rejim və İngiltərə başda olmaqlaTürkiyə və Ərəb öılkələrinin maliyyə və locistik dəstəkindən istifadə edərək Suriyada silahlı çevrilişlə Bəşşar Əsəd hakimiyyətini devirərək, Suriyanı sionist rejiminin işğalı üçün münbit vəziyyətə gətizdirdi. Və Bəşşar Əsədin çevrilişi ilə, faşist İsrail rejimi Suriyanın Qolan təpələrini işğal etdi.
Sizin rəyiniz