Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İtaliyanın Bari şəhərində keçirilən illik “Fiera del Levante” ticarət sərgisinin təşkilatçıları sionist rejimi bu sərgiyə dəvət etməmək barədə qərar qəbul ediblər.
Uşaq qatili və Soyqırım törədən faşist İsrail rejimi sentyabrın 13-dən 21-dək İtaliyanın Bari şəhərində keçiriləcək növbəti Fiera de Levante Sərgisində iştirak etməyəcək.
Bu, ötən il iyulun 1-də Bari şəhərinin meri Vito Leçsenin “İsrailin Bari ərazisində həm institusional, həm də iqtisadi sərgi tədbirlərində iştirakına icazə verməyin” bəyan etdiyi çağırışına uyğun olaraq Ticarət Sərgi Şurasının verdiyi bəyanatıdır.
Bəyanatda Qəzza zolağında minlərlə insanın ölümünə səbəb olan hərbi əməliyyata etiraz olaraq Yarmarkanın təşkilatçılarını faşist İsrail rejiminin hər hansı formada iştirakından çəkinməyə çağırıb.
Eyni mövqe may ayının sonunda qatil Netanyahu hökuməti ilə bütün institusional əlaqələri kəsən Apuliya bölgəsi və Bari bələdiyyəsi tərəfindən sərgiləndi.
Bu qərara ilk etiraz edən Senatın “Forza Italia” fraksiyasının lideri, sionist fiquru Mauritsio Qasparri olub və o, dillənərək belə deyib: “Baridə məşhur albaniyalı kimi şokedici fiqurlar mükafatlandırılır, İsrailə isə Levante yarmarkasını ziyarət etmək qadağan edilib. Solçu və dəhşətli Leçsenin rəhbərlik etdiyi bələdiyyə əsl antisemit hücumu ilə üzləşir”.
Bari-Leçse şəhərinin meri isə sionist marionnetinə sərt cavab verərək bildirib: “Qasparrinin məni antisemitizmdə ittiham etməsi tarixin açıq-aşkar təhrifidir”.
Sizin rəyiniz