19 avqust 2025 - 23:04
Prezident Məsud Pezeşkian İrəvanda Göy Məscidə gedərək möminlərlə birgə namaz qılıb

Göy Məscid, onun banisi Hüseynəli Xan Qacarın adı ilə də tanınır. Hicri 1179-cu ildə, İranın İrəvan Xanlığının hakimi Hüseynəli Xan (Qacar) Beyglərbeygi tərəfindən təqribən 6 min tümən xərc ilə inşa etdirilib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Ermənistan səfəri çərçivəsində İrəvan şəhərində yerləşən İranın tarixi dini abidəsi olan Göy Məscidi ziyarət edib.

O, Məscidin müxtəlif hissələrinə baxış keçirdikdən sonra oradakı möminlərlə birlikdə məğrib və işa namazlarını qılıb.

İrəvanın Göy Məscidi (Məscid - Hüseynəli Xan Mədrəsəsi) XVIII əsrə – hicri təqvimi ilə XII əsrə aid İranın İrəvan Xanlığındakı tarixi dini abidəsidir. Bu Məscid İrəvan şəhərinin tarixi bazar meydanının (İrəvanın tarixi Köhnə bazarı) yaxınlığında tikilib. Hal hazırda həmin ərazi "köhnə bazar" adlı üstüörtülü böyük bir ticarət mərkəzi kimi istifadə edilir.

Göy Məscid, onun banisi Hüseynəli Xan Qacarın adı ilə də tanınır. Bu Məscid və mədrəsə kompleksinin əsas şəhər məscidi funksiyasını yerinə yetirdiyi bildirilir. Hicri 1179-cu ildə, İranın İrəvan Xanlığının hakimi Hüseynəli Xan (Qacar) Beyglərbeygi tərəfindən təqribən 6 min tümən xərc ilə inşa etdirilib. Məscid bu gün də İrəvanın mərkəzində yerləşir.

Sizin rəyiniz

You are replying to: .
captcha