Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Filippində senator Mark Villa dövlət idarələrində ibadət otaqlarının yaradılması haqqında qanun layihəsi təqdim edib.
Bu qanun layihəsinin məqsədi müsəlmanları dinc və təmiz bir mühitdə gün ərzində vacib olan namazlarını qılmaları üçün münasib yer ilə təmin etməkdir.
Filippində 7 milyon müsəlman əhalisini nəzərə alaraq, bu təklif müsəlmanların dini hüquqlarını daha çox təmin etmək və ölkədə müxtəlif din ardıcıllarının birgə yaşayışını gücləndirmək məqsədi daşıyır.
Bu qərar Filippin cəmiyyətində müxtəlif mədəni və dinlərin daha da çiçəklənməsi istiqamətində mühüm addım ola bilər.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!
