Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bazar ertəsi gecəsi Qişm şəhərinin Çah-Tənqu məhəlləsinin şəhidləri üçün İmam Hüseyn (ə) məscidində xalqın, şəhidlərin ailələrinin, rəsmilərin və şəhər rəhbərlərinin iştirakı ilə vida mərasimi keçirildi.
Bu mərasimdə Ali Rəhbərin nümayəndəsi və Qişmin cümə imamı Höccətül-İslam vəl-müslimin Qulamrza Hacibi bu mərasimin Ərbəinlə üst-üstə düşməsinə toxunaraq dedi: Bu gecə bütün qəlblərimiz Kərbəla şəhidlərinin kədəri ilə dolu ikən, bu şəhərin şəhidləri ilə gül dəstələri ilə vidalaşırıq.
30 iyul səhəri ABŞ-nin Qişm adasına raket hücumu zamanı Çah-Tənqu məhəlləsindəki yaşayış evinə raket zərbəsi endirildi, nəticədə bir ailənin üç üzvü şəhid oldu, digər iki üzvü isə yaralandı.
Sizin rəyiniz