Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH)-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin sosial şəbəkə hesabının təkəbbür cəbhəsi və sionist şeytani qüvvələr tərəfindən bağlanması ilə bağlı bəyanat yayımlayıb.
SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin bəyanatının mətni belədir:
“Regionun şərəfli və məlumatlı xalqı, böyük İslam ümməti və dünyanın azadlıqsevərləri!
Region ölkələrinin qeyrətli və şərəfli xalqları, xüsusilə də əziz İordaniya və Küveyt qardaş və bacılarımız tarixi məsuliyyət hissi və İslami qeyrətlə ABŞ rejiminin hərəkətləri və bazaları barədə dəyərli və dəqiq məlumatları SEPAH tərəfindən elan edilmiş Telegram hesabına göndərdikdən sonra, təkəbbürlü düşmənlər bu vəziyyətə və xalqlar arasındakı bu əlaqəyə dözə bilmədilər.
Onlar daim xalqların şəffaflığından və məlumatlılığından qorxduqları üçün SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin sosial şəbəkə hesabını bağlamaqla bir daha göstərdilər ki, əziz müsəlman ümmətinin dəqiq və dəyərli məlumatlarından, eləcə də regionun azadlıqsevər xalqları arasındakı koordinasiyadan vahiməyə düşüblər.
Bu yolverilməz və qeyri-insani addım, onların digər aciz hərəkətləri kimi qətiyyətlə pislənilir və təkəbbür cəbhəsinin süqutunun və çıxılmaz vəziyyətə düşməsinin açıq göstəricisidir.
Bir sosial şəbəkə hesabının bağlanması heç vaxt haqqın səsini və region xalqlarının polad iradəsini susdura bilməz.
SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi bildirir ki, yaxın vaxtlarda dünyanın azadlıqsevər xalqları ilə birbaşa əlaqə yaratmaq üçün yeni, təhlükəsiz və etibarlı bir platforma təqdim ediləcək. Bununla da məlumat mübadiləsi və maarifləndirmə yolu əvvəlkindən daha möhkəm şəkildə davam etdiriləcək.
Vurğulayırıq ki, müqavimət və qələbə yolu Uca Allahın iradəsi və İslam ümmətinin səyi ilə heç bir dayanma olmadan davam edəcək.”
Sizin rəyiniz