1 avqust 2026 - 11:54
Source: IRNA
İraq Ali İslam Şurası: Ölkəmizə qarşı təcavüzün məqsədi sabitliyi pozmaqdır

İraq Ali İslam Şurası yaydığı bəyanatda ABŞ və Səudiyyə Ərəbistanının bu ölkəyə qarşı həyata keçirdiyi təcavüzkar hücumları pisləyərək bildirib ki, bu təcavüzlərin məqsədi İraqda sabitliyi pozmağa yönəlmiş sionist–Amerika planının bir hissəsidir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İraq Ali İslam Şurası yaydığı bəyanatda ABŞ və Səudiyyə Ərəbistanının İraqa qarşı təcavüzünü, eləcə də Xalq Səfərbərlik Qüvvələri (Həşd əl-Şəəbi) tərkibində fəaliyyət göstərən rəsmi təhlükəsizlik qüvvələrinin hədəfə alınmasını qətiyyətlə pisləyib.

Bəyanatda deyilir: ABŞ və Səudiyyə Ərəbistanının İraqa qarşı təcavüzünü, Həşd əl-Şəəbi tərkibindəki rəsmi təhlükəsizlik qüvvələrinin hədəfə alınmasını, nəticədə bir sıra hərbçilərin şəhid olmasını və yaralanmasını qətiyyətlə pisləyirik.

Bəyanatda, həmçinin vurğulanıb: Təəccüb doğurur ki, bu təcavüz İraq hökumətinin Fars körfəzi sahilində yerləşən ölkələrlə münasibətlərdə yeni səhifə açmaq istiqamətində ciddi diplomatik fəaliyyət göstərdiyi və baş nazirin ABŞ-yə səfərindən cəmi bir neçə gün sonra baş verib. Həmin səfər çərçivəsində iqtisadi tərəfdaşlığın yaradılması və münasibətlərin yeni mərhələyə keçidi məqsədilə 48 anlaşma memorandumu imzalanmışdı.

Sizin rəyiniz

You are replying to: .
captcha