Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Şöbəsi 45 nömrəli elanda İordaniya xalqına müraciət edərək bildirdi ki, İİKK döyüşçüləri Amerika ordusunun İran İslam Respublikası ərazisində təkrarlanan təcavüzlərinə cavab olaraq Amerika bazalarına ildırım zərbələri endirərək THAAD raketdən müdafiə sistemi radarını məhv ediblər.
Bəyanatda bildirilir ki, bazada bir Patriot sistemi və C-RAM radarı da hədəfə alınıb və məhv edilib, bazada yanacaq çənləri, vertolyot avadanlığı anbarı və bir vertolyot texniki xidmət anbarı yandırılıb.
İordaniyanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə hörməti vurğulayan İİKK, ölkədəki ABŞ hərbi bazalarının ABŞ-nin suverenliyi və qanunları ilə tənzimləndiyini və İran İslam Respublikasının nöqteyi-nəzərindən ABŞ-nin bu bazaları yaratmaqla İordaniyanın suverenliyini pozduğunu elan edib.
Bəyanatın davamında ABŞ-nin İrana hücumları və Minabda bir sıra şagirdin həyatını itirməsinə toxunulub və bu hücumların bəzilərinin İordaniya torpağındakı ABŞ bazalarından həyata keçirildiyi və İran İslam Respublikasının bu təcavüzlərə səbəb olan bazaları hədəf almağı özünün qanuni, dini və məntiqi hüququ hesab etdiyi vurğulanıb.
Sizin rəyiniz