Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Tanınmış britaniyalı jurnalist Pirs Morqan Argentina milli komandasının futbolçularını İspaniyaya 0:1 hesabı ilə uduzduqları dünya çempionatının finalından sonra sərt şəkildə tənqid edib!
Həmçinin o, Lionel Messini də ispaniyalı müdafiəçi Mark Kukurelya ilə yaşanan insidentə görə ayrıca hədəfə alıb.
Pirs Morqan: "Messi, ispan futbolçusunun söhbət zamanı ağzını əli ilə örtməsindən sonra ona qırmızı vərəqə verilməsi üçün çalışırdı. Bu, guya böyük idmançı sayılan birinin etdiyini gördüyüm ən acınacaqlı hərəkətlərdən biridir. Bu dünya çempionatında Messinin saxta 'müqəddəs' imici tamamilə dağıldı: o, qəddar komandanın hiyləgər və alçaq lideri olduğunu göstərdi!
İspaniyanı dünya çempionu olması münasibətilə təbrik edirəm! Tamamilə layiqli qalib oldular. Turnirin ən güclü komandası idilər və bu gün Argentinanı tam üstünlüklə məğlub etdilər.
Matçın sonunda argentinalıların davranışı, xüsusilə də Paredesin hərəkətləri iyrənc idi. Onlar sadəcə kobud və qəddar hərəkətlər edən bir dəstə idilər, futbol üçün utanc mənbəyidirlər. Heç vaxt bir komandanın məğlubiyyətinə bu qədər sevinməmişdim!"
Sizin rəyiniz