23 iyul 2026 - 18:43
İtaliyada yəhudilər və israillilərin siyahıya alınması çağırışları qalmaqala səbəb olub: “Bu, artıq yəhudilərə qarşı ovdur”

Bu sadə təşəbbüs həmişəki kimi “Milan Yəhudi İcması”nın kəskin etirazına səbəb olub.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İtaliyada hotel, turizm obyektləri və kommersiya müəssisələrində İsrail vətəndaşları və yəhudilərin olması barədə məlumatların toplanmasını təşviq edən sorğu anketinin müxtəlif çat qruplarında yayılması ciddi qalmaqala səbəb olub. Təşəbbüsün məqsədinin "sionist turizmin xəritəsini" hazırlamaq olduğu bildirilib.

Bu sadə təşəbbüs həmişəki kimi “Milan Yəhudi İcması”nın kəskin etirazına səbəb olub.

"Bizə elə gəlir ki, 1930-cu illərə, yəhudilərə qarşı aparılan ov dövrünə qayıdırıq. Yəhudilərin harada olduqlarını göstərən xəritələrin hazırlanması son dərəcə ciddi məsələdir. Prokurorluq buna müdaxilə etməlidir", – deyə Milan Yəhudi İcmasının prezidenti Uoker Menyani ANSA agentliyinə bildirib.

Onun sözlərinə görə, bu cür “təşəbbüslər” “təhlükəli mühit” formalaşdırır.

"Həmişə radikal baxışlara malik insanlar tapılır. Belə çağırışlar geniş yayıldıqda təhlükə real xarakter alır", – deyə o vurğulayıb.

Menyani qeyd edib ki, belə siyahılar təkcə İsraildən gələn turistləri deyil, həm də yəhudi əsilli İtaliya vətəndaşlarını əhatə edə bilər.

"Əgər İtaliya vətəndaşı öz ölkəsində istirahət edərkən yalnız yəhudi olduğu üçün hansısa siyahılara salınırsa, bu, bütün hədləri aşmaq deməkdir", – deyə o bildirib.

1947-ci ildən bəri Fələstin başda olmaqla Livan və İranda yüz minlərlə günahsız insanları, körpə, qoca və qadınları soyqırım edib kütləvi qırğınlara məhkum etdiklərini görməzdən gələn Milan Yəhudi İcması İtaliyadakı sadə məsələ ilə bağlı təkidlə vurğulayıb ki, müstəqil hüquqi addımlar atmağı planlaşdırmasa da, topladığı materialları artıq aidiyyəti dövlət orqanlarına təqdim edib və hadisəyə hüquqi qiymət veriləcəyinə ümid etdiyini açıqlayıb.

Sizin rəyiniz

You are replying to: .
captcha