21 iyul 2026 - 19:33
Source: IRNA
SEPAH İordaniyanın əl-Rukban bölgəsində bir sıra ABŞ terrorçu ordusu qüvvələrini cəhənnəmə vasil etdi

İslam İnqilabı Keşikçiləri Korpusu verdiyi açıqlamada ABŞ terrorçu və uşaq qatili ordu qüvvələrinin İordaniyanın əl-Rukban bölgəsində yerləşdiyi bir kompleksin hədəfə alınması zamanı bir sıra hərbçinin öldürüldüyünü açıqladı.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabı Keşikçiləri Korpusu çərşənbə axşamı, 40 nömrəli açıqlamasında elan etdi: İslami İranının bəsirətli və həmişə meydanda olan xalqı, İslam döyüşçülərinin düşmən Amerikaya qarşı cəza əməliyyatı uğurla davam edir və "Nəsr 2" əməliyyatının 24-cü dalğasının davamında İİKK-nın aerokosmik döyüşçüləri ABŞ terrorçu və uşaq qatili ordu qüvvələrinin İordaniyanın əl-Rukban bölgəsində yerləşdiyi kompleksə hücum edərək onlardan bir neçəsini öldürdü.

Bəyanatın davamında bildirilib: Özü də müharibə cinayətkarı olan ABŞ Hərbi Naziri bu ölüləri qəhrəman kimi təqdim edib və onların sayı real rəqəmdən daha azdır.

İİKK bəyanatında vurğuladı: "Düşmənlər bilməlidirlər ki, heç bir millətin lüğətində günahsız uşaqları öldürmək üçün qabaqcıl silahlardan istifadə edən qorxaq əsgərlər qəhrəman adlandırılmır."

Bəyanatın davamında bildirlir: "Dünyanın azadlıqsevər xalqı tezliklə bu müharibə cinayətkarlarını ədalət mühakiməsinə verəcək."

Sizin rəyiniz

You are replying to: .
captcha