Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Briqada generalı Məhəmməd Əkrəmi-Niya cümə axşamı Amul şəhərində şəhid Rəhbərin anım mərasimində çıxışı zamanı İran İslam Respublikasının Hörmüz boğazına nəzarətlə bağlı qəti strategiyasını vurğulayaraq deyib: Amerikalılar belə güman edirdilər ki, ölkəmizin cənub sahillərində yerləşən bəzi bazalarımıza hücum etməklə bu strateji boğaza nəzarəti ələ keçirə bilərlər. Halbuki İran İslam Respublikası öz ərazisinin hər nöqtəsindən Hörmüz boğazına nəzarəti həyata keçirmək imkanına malikdir və bu məsələ heç vaxt sahillərdən və adalardan asılı olmayıb.
O, İran İslam Respublikasının Silahlı Qüvvələrinin son ana qədər bu strategiyaya sadiq qaldığını bildirərək əlavə edib: Şübhəsiz, müqaviməti sonadək davam etdirəcəyik və ABŞ-nin bölgədəki müdaxilələrini təsirsiz edəcəyik.
İran İslam Respublikası Ordusunun sözçüsü ABŞ-nin bölgədəki mövcudluğunun nəticələrinə də toxunaraq vurğulayıb: Öz ərazilərində ABŞ-yə hərbi baza verən ölkələr bu gün ticarət və təhlükəsizlik sahəsində ağır bədəl ödəyirlər. İdxal olunan təhlükəsizlik dayanıqlı təhlükəsizlik deyil. Həqiqi təhlükəsizlik yalnız region ölkələrinin xarici qüvvələrin iştirakı olmadan sabitliyi və əmin-amanlığı özləri təmin etdikləri zaman mümkün olur.
Sizin rəyiniz