17 iyul 2026 - 23:05
Source: IRNA
Bəqayi: Uşaq xəstəxanasına hücum hərbi cinayətin nümunəsidir

Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ nin xərçəng xəstəsi uşaqlar üçün nəzərdə tutulan xəstəxananın yaxınlığına hücumuna toxunaraq, bunu qorxaqcasına həyata keçirilmiş və hərbi cinayət nümunəsi kimi qiymətləndirib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İsmayıl Bəqayi özünün “X” sosial şəbəkəsində yazıb: İsrailin tibb və səhiyyə mərkəzlərinə hücumlarını xatırladan bu vəhşi hücum xəstəxanada müalicə alan uşaqlara ağır əzab və böyük narahatlıq yaşatdı və kimyaterapiya alan 211 xəstənin təcili şəkildə təxliyə edilməsinə səbəb oldu.

Bəqayi vurğulayıb: Bu addım ən günahsız insanların — həyatlarını xilas etmək üçün cəsarətlə mübarizə aparan uşaqların — əleyhinə törədilmiş vəhşilik və hərbi cinayət nümunəsidir.

O bildirib: “İnsan hüquqları haqqında fasiləsiz danışan, lakin qəsdən xəstəxanalara və tibb mərkəzlərinə edilən hücumları görməzlikdən gələnlər bütün mənəvi etibarlarını itiriblər.”

Sizin rəyiniz

You are replying to: .
captcha