Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikası Ordusunun İctimaiyyətlə Əlaqələr şöbəsi yağı düşmən ünsürlərinin ölkəmizə qarşı apardığı müharibənin canlı itkiləri haqqında açıqlama verib.
Bu açıqlamada bildirilir: ABŞ ordusu bu gün səhər saatlarında 13 raket ataraq bu qüvvələrə məxsus Bəmpur rayonundakı hərbi hissələrdən birini hədəfə alıb. Nəticədə İranşəhr 388-ci briqadasının 7 nəfər daimi və müddətli hərbi qulluqçusu şəhid olub, 13 nəfər isə yaralanıb.
Bu hücum zamanı baş gizir Fərşad Ələvi, baş gizir Rza Şəfii, müddətli hərbi qulluqçular Əlirza Qasimi, Hüseyn Cəfəri, Abbas Həsənşahi, Abbas Hüsaməddini və Əbülfəzl Mollaayi şəhadət məqamına yüksəliblər.
Sizin rəyiniz