15 iyul 2026 - 17:58
Source: IRNA
ABŞ İranın Dəşti və Tənqistan rayonlarında bəzi ərazilərə hücum edib

Buşehr vilayətinin siyasi və təhlükəsizlik məsələləri üzrə vali müavini bildirib: Vilayətin Dəşti və Tənqistan rayonlarında yerləşən bəzi ərazilər düşmən ABŞ-yə məxsus mərmilərin zərbəsinə məruz qalıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ehsan Cahanian çərşənbə günü İRNA-ya açıqlamasında bildirib: İlkin qiymətləndirmələrə əsasən, bu hücumlar nəticəsində indiyədək insan itkisi olmayıb.

O qeyd edib: Ötən günlərdən başlayan düşmən ABŞ-nin ölkəmizə qarşı yeni vədinə xilaf çıxması və təcavüzü dalğası çərçivəsində Buşehr vilayətində baş verən zərbələr nəticəsində qeyri-hərbi obyektlərə ciddi ziyan dəyməyib.

Cahanian sözlərinə davam edərək bildirib: Düşmən ABŞ-nin vədinə xilaf çıxması və təcavüzkar hərəkətləri nəzərə alınaraq, vətəndaşlardan hücuma məruz qalan ərazilərə yaxınlaşmaqdan çəkinmələri xahiş olunur.

Sizin rəyiniz

You are replying to: .
captcha