6 iyul 2026 - 08:53
Source: IRNA
İİR Ordu Baş Komandanı General-polkovnik Hatəmi: İmam Xameneini şəhid edənlərin yaxasından əl çəkməyəcəyik

Ordunun Baş Komandanı bildirib: Rəhbərimizi şəhid edənlər bilməlidirlər ki, İran xalqı və bizim hamımız onların yaxasından əl çəkməyəcəyik.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikası Ordusunun Baş Komandanı General-polkovnik Əmir Hatəmi verdiyi müsahibədə deyib: Bizim əziz İmamımız izzət, yüksəliş, müstəqillik və iftixar yolu olan bir xətti cızdı və bu yolun gedilməsi üçün bütün zəminləri hazırladı.

O bildirib: Bizə nəsib oldu ki, əziz İmamımızın arxasında hərəkət edək və bundan sonra da əziz Rəhbərimiz və Ali Baş Komandanımız Ayətullah Seyid Müctəba Hüseyni Xamenei həzrətlərinin arxasında güc, qətiyyət və zərrə qədər tərəddüd olmadan irəliləyəcəyik.

Ordunun Baş Komandanı əlavə edib: Əziz İmamımızın hüzuruna ehtiram üçün getdiyim gün ona demişdim ki, bu cinayəti (şəhid liderin sui-qəsdini) törədənlər bilməlidirlər: İran xalqı və hamımız onların yaxasından əl çəkməyəcəyik. Bu, qəti bir məsələdir və mütləq izləniləcək.

Sizin rəyiniz

You are replying to: .
captcha