Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikası Ordusunun Baş Komandanı General-polkovnik Əmir Hatəmi verdiyi müsahibədə deyib: Bizim əziz İmamımız izzət, yüksəliş, müstəqillik və iftixar yolu olan bir xətti cızdı və bu yolun gedilməsi üçün bütün zəminləri hazırladı.
O bildirib: Bizə nəsib oldu ki, əziz İmamımızın arxasında hərəkət edək və bundan sonra da əziz Rəhbərimiz və Ali Baş Komandanımız Ayətullah Seyid Müctəba Hüseyni Xamenei həzrətlərinin arxasında güc, qətiyyət və zərrə qədər tərəddüd olmadan irəliləyəcəyik.
Ordunun Baş Komandanı əlavə edib: Əziz İmamımızın hüzuruna ehtiram üçün getdiyim gün ona demişdim ki, bu cinayəti (şəhid liderin sui-qəsdini) törədənlər bilməlidirlər: İran xalqı və hamımız onların yaxasından əl çəkməyəcəyik. Bu, qəti bir məsələdir və mütləq izləniləcək.
Sizin rəyiniz