Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Brigada generalı Məhəmməd Əkrəminiya bazar günü Tehrandakı İmam Xomeyni (r) müsəllasında İnqilabın şəhid Rəhbəri və onun ailə üzvlərinə qılınan cənazə namaz mərasimi çərçivəsində İRNA müxbiri ilə xüsusi müsahibədə bildirib: Dəfələrlə elan etmişik ki, atəşkəs fürsətindən hərbi gücümüzü artırmaq üçün istifadə edirik və bir an belə diqqətsiz qalmırıq.
O, mərasimdə xalqın geniş iştirakına toxunaraq əlavə edib: Şəhid Rəhbərimizin dediyi kimi, bu xalq səfərbər olunmuş bir xalqdır və inşallah İnqilabı onun həqiqi sahibinə – İmam Mehdiyə (əc) təhvil verməyə doğru gedir.
Ordunun sözçüsü bu iştirakın beynəlxalq ölçüsünə diqqət çəkərək bildirib: Xalqın bu ruhu və şəhid Rəhbərin pak qanı beynəlxalq ictimaiyyətin oyanışına səbəb olmalıdır ki, bütün xalqlar zülm və hegemonluğa qarşı çıxsın.
O, xalqın mərasimdəki möhtəşəm iştirakına görə təşəkkür edərək qeyd edib: Bu tarixi iştirak İslam ümmətinin oyanışına və qlobal hegemonluğun zəifləməsinə səbəb olacaq.
Sizin rəyiniz