2 iyul 2026 - 10:29
Source: IRNA
Qalibaf: ABŞ-inin Fars körfəzində son gecələrdə həyata keçirtdiyi hücumlar atəşkəsin pozulmasıdır

Qalibaf: ABŞ-inin Fars körfəzində son gecələrdə həyata keçirtdiyi hücumlar atəşkəsin pozulmasıdır

İran danışıqlar qrupunun rəhbəri dedi: Bu gecələrdə Fars körfəzində baş verən hadisələri müharibəyə son qoymaq üçün anlaşmanın pozulması hesab edirik və mütləq buna reaksiya verəcəyik. Atəşkəsin son pozulmasında ABŞ-nin Bəhreyn və Küveytdəki qərargahları hədəf alınıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Məhəmməd Baqir Qalibaf xalqa televiziya ilə verdiyi müsahibədə dedi: Sazişin beş bəndi tam müəyyən edilib yekunlaşdırılana qədər digər bəndlərin tətbiqinin növbəti mərhələsinə keçməyəcəyik.

İslam Şurası Məclisinin sədri əlavə etdi: Bu anlaşmanın birinci bəndində açıq şəkildə bildirilir ki, bu ölkənin rəsmi və rəsmən tanınmış coğrafi xəritəsinə əsaslanan Livanın ərazi suverenliyi əsas mövqe olmalıdır; yəni müharibə bitməli, başqa hərbi əməliyyatlar aparılmamalı və insanlar evlərinə qayıda bilməlidirlər. Bu razılaşmaya əsasən, Livan ərazisinin bir hissəsini işğal etmiş və əslində müharibəni atəşkəs şəklində davam etdirən düşmən geri çəkilməlidir.

Qalibaf əlavə etdi: Cümə axşamı və cümə günləri toqquşmaların intensivliyi qəfildən artdı. Bəzi düşmənlər torpaqlarını boşaltmalı olduqlarını bilərək, bu memorandumun həyata keçirilməsində problem yaratmaq üçün həssas nöqtələri hədəf alaraq ciddi ziyan vurmağa çalışdılar. Lakin münaqişənin bu intensivliyi ABŞ-ni də öz öhdəliklərinə əməl etməyə məcbur etdi; çünki Livan, İran və ABŞ-nin müzakirəsində hər ikimiz bu bəndlərin həyata keçirilməsinin qarantıyıq. Bu, prosesi sürətləndirməyə və bazar günü İsveçrəyə getməyimizə səbəb oldu.

O, əlavə etdi: Bu danışıqlarda bizim ilk prioritetimiz Livan məsələsi idi. Gördüyünüz kimi, davamlı izləmələrdən sonra vəziyyət keçmişdən çox fərqli oldu. Hazırda İran, ABŞ və Livanın müharibənin bitməsinə və Livana milli suverenliyin bərpasına nəzarət etmək üçün "birgə komitə" yaratması barədə razılığa gəlinib. Hazırda bu komitənin həyata keçirilməsini izləmək prosesindəyik.

Qalibaf qeyd etdi: “Biz Livan məsələsinə üstünlük verdik və indi sülhün bərqərar olmasının şahidi oluruq. Bu gün işğalçı qüvvələr və xalq yaxınlıqdadır, müqavimət qüvvələri də bölgədədir; buna görə də kiçik və dağınıq münaqişələrin baş verməsi təbiidir.

Qalibaf Amerika dəniz blokadasının tamamilə sona çatdığını bildirib və deyib: Danışıqları yekunlaşdırdıqda, memorandumun birinci bəndində yazdıq ki, bundan sonra onlar Livana qarşı heç bir müharibə və ya əməliyyat başlatmayacaqlar, bir-birlərinə qarşı təhdidlərdən və ya güc tətbiq etməkdən çəkinəcəklər və Livanın ərazi bütövlüyünə və suverenliyinə zəmanət verəcəklər.

O, davam edib: Dördüncü bənddə yazılıb ki, bu anlaşma memorandumunu imzaladıqdan dərhal sonra Amerika Birləşmiş Ştatları dəniz blokadasını ləğv etməyə başlayacaq və İran İslam Respublikasına qarşı hər hansı bir təqib və ya maneədən çəkinəcək və 30 gün ərzində dəniz blokadasını tamamilə dayandıracaq.

Qalibaf vurğulayıb: Nüvə sahəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin qaydalarına riayət etməklə və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) üzvü olmaqla, uranın zənginləşdirilməsinin ayrılmaz hüququmuz olduğunu vurğulayırıq.

İran danışıqlar qrupunun rəhbəri deyib: Bizim mövqeyimiz budur ki, bu boğazda nəqliyyat və hərəkət gündən-günə artmalı və onun əhəmiyyəti daha yaxşı tanınmalıdır. İdarəetməmizlə dünyaya Hörmüz boğazının əvvəlkindən daha təhlükəsiz olduğunu göstəririk və ölkələrə ABŞ təbliğatından asılı olmayaraq hərəkətlərini davam etdirə biləcəklərinə zəmanət veririk.

O əlavə etdi: Biz regionda təhlükəsizliyi təmin edirik ki, hətta gəmilərin sığorta xərcləri də azaldılsın, çünki əvvəllər gəmilərdən gizli sövdələşmə yolu ilə külli miqdarda pul toplanırdı. Naviqasiya xidmətlərini asanlaşdırmağa və sadələşdirməyə çalışırıq. Buna görə də, mütləq qarşısını aldığımız şey ABŞ-nin müdaxiləsidir, lakin digər hallarda beynəlxalq qanunlara tam şəkildə əməl edirik.

Qalibaf vurğuladı: Hörmüz boğazında xidmətlər üçün ödənişlə bağlı dedik ki, bu tədbir yalnız 60 gün ərzində pulsuz həyata keçirilməlidir ki, bu da Fars körfəzinin sahil ölkələrinin təkidi ilə əlaqədar idi. Çünki bəzi gəmilər müharibə başladıqdan və boğaz bağlandıqdan sonra bölgədə qalmışdı.

İslam Şurası Məclisinin sədri davam etdi: Biz Hörmüz boğazındakı təhlükəsizlik və minalar kimi texniki maneələri 30 gün ərzində müharibədən əvvəlki səviyyəyə qaytarmağa və 60 gün ərzində ödəniş almamağa sadiqik.

O xatırlatdı: Anlaşma memorandumunun 5-ci bəndində yazmışdıq ki, İran İslam Respublikası beynəlxalq hüquqa və Hörmüz boğazının sahil ölkələrinin suveren hüquqlarına uyğun olaraq Hörmüz boğazında gələcək administrasiya və dəniz xidmətlərini müəyyən etmək üçün Oman Sultanlığı ilə əməkdaşlıq edəcək. Yəni, Hörmüz boğazının suverenliyi İran və Omana məxsusdur.

İslam Şurası Məclisinin sədri vurğuladı: Heç bir halda bu məsələdən geri çəkilməyimiz mümkün deyil, yəni bunlar bizim ərazi sularımızdır və Amerikanın İranın Hörmüz boğazını hərbiləşdirdiyi barədə hay-küy salmasına və ya sofizm yaratmasına icazə verməyəcəyik.

Sizin rəyiniz

You are replying to: .
captcha